Pakistan Hindistanla müharibəyə başlayır? – Müdafiə naziri tarix verdi

pakistan hindistan

Pakistanın müdafiə naziri Xavaca Asif 2-4 gün ərzində Hindistanla mümkün müharibəni proqnozlaşdırmadığını deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Məndən müharibə ehtimalı barədə soruşdular, mən də növbəti 3-4 günün mühüm olduğunu dedim, lakin müharibənin bu günlər ərzində başlayacağını demədim”, – o qeyd edib.

*** 22:37

Hindistan və Pakistan arasında müharibə 2-4 gün ərzində başlaya bilər.

Globalinfo.az xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin tam döyüş hazırlığı vəziyyətində olduğunu açıqlayıb.

“Regionun üzərində müharibə buludları toplanır”, – deyə o, “Samaa TV” kanalında yayımlanan proqramda bildirib.

Aysel Əliyeva
Globalinfo.az