Müğənni zibilə görə 32 dəfə cərimələndi

Müğənni Teylor Svift Nyu-Yorkda evinin yaxınlığındakı zibilə görə cərimələnib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə “New York Post” məlumat yayıb.

Müğənni üçmərtəbəli evi 2017-ci ildən aldıqdan sonra ötən dövr ərzində sanitar xidmət tərəfindən 32 dəfə cərimələnib. Cərimələrin ümumi məbləği 3 min dollardır.

Teylor Svift evinin qarşısındakı səkilərin təmizliyinə riayət etməməsi və zibili düzgün atmaması səbəbindən cərimələnib. Müğənni 200 dollar məbləğində növbəti cərimədən isə yayına bilib.

Qeyd edilib ki, 2018-ci ilin yanvarından 2023-cü ilin yanvarınadək sanitar xidmət müğənninin evi yaxınlığında qəzet qalaqları, butulkalar, karton qalıqları, salfetlər, siqaret qutuları aşkarlayıb.