deniz

Həbsdə olan müğənni Dəniz Əsədova ilə bağlı Binəqədi Rayon Məhkəməsinə yeni şikayət daxil olub. Bu dəfə klinikalardan birində çalışan həkim ifaçını təhqir və böhtan atmaqda ittiham edib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, şikayət Cinayət Məcəlləsinin 147-2 və 148-ci maddələri üzrə təqdim olunub.

Müğənninin üzərində əvvəlki hökmlər də toplanaraq qəti olaraq 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, D.Əsədova vəkil Asim Abbasovu təhqir etdiyi və böhtan atdığı üçün həbs olunub. Bir müddət əvvəl ona 6 ay hökm oxunmuşdu.

Ləman İmran
Globalinfo.az

Paylaş: