098e639c 28b2 4be9 948d d078c4ede438

Sovet dövründə fəaliyyət göstərmiş azərbaycanlı kəşfiyyatçı və diplomatlar arasında Hüseyn Quliyev xüsusi yer tutur. Onun peşəkar fəaliyyəti uzun illər məxfi saxlanılsa da, bioqrafiyasında hərbi hazırlıq və diplomatik xidmət mühüm rol oynayıb.

Globalinfo.az Hüseyn Quliyevin həyatı haqqında maraqlı faktları təqdim edir.

Hüseyn Quliyev 1939-cu ildə Azərbaycanın Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra Ukraynanın Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul edilib. Həmin təhsil müəssisəsində təhsilini əlaçı olaraq bitirdikdən sonra, diplomatiya təhsili almaq üçün Moskvaya gedib. Orada da təhsilini fərqlənmə ilə bitirdikdən sonra SSRİ tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin Xarici kəşfiyyat bölməsində Diplomat kimi fəaliyyətə başlayaraq müxtəlif ölkələrə yollanıb.

İran, Türkiyə və sair kimi ölkələrdə səfirlikdə və konsulluqda müavin və köməkçi vəzifəsində KQB üçün çalışıb. Fəaliyyətini uğurla davam etdirdiyi üçün SSRİ-də çalışmasına qərar verilib.

O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində Dövlət Təhlükəsizlik xidmətini gizli şəkildə təmsil edərək diplomat kimi yüksək vəzifələrdə çalışıb.

Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin Konsulluq Şöbəsinin Rəisi vəzifəsinə təyin olunub. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilib.

Azərbaycanlı diplomat 1985-ci ildə Moskva yaxınlığında müəmmalı şəkildə qəzaya düşərək həlak olub.

foto 4

Paylaş: