fotorus

Xakasiyada (Rusiya) müdirini güllələyən ovçu saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

“Sentyabrın 12-də Abakandan 5 nəfər ov üçün tayqaya gəlib. Meşədə iki qrupa bölünürlər. Axşam saatlarında ovçulardan biri irəlidə vəhşi heyvan olduğunu güman edib və insanların olmadığına əmin olmadan atəş açıb. O, 48 yaşlı müdirini vurub. “Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (“Ehtiyatsızlıqdan ölümə səbəb olma”) ilə cinayət işi açılıb”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: