Müdafiə Nazirliyi BƏYAN ETDİ – “Azərbaycan Ordusu…”

“Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi yaydığı məlumatda qeyd  edib.

Qeyd edək ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi qeydə alınıb.