İsrail müdafiə naziri Yoav Qalant vəzifəsindən azad edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, onun yerinə xarici işlər naziri İsrael Katz təyin olunub.
Katzın yerinə isə Gideon Saar gətirilib.

Benyamin Netanyahu Yoav Qallantı müdafiə naziri vəzifəsindən istefaya göndərməsini və Katzın onun yerinə təyin edilməsinin səbəbini açıqlayıb.
O bildirib ki, Qallantla aralarında kampaniyanın idarə olunması ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.
Netanyahu İsrail Katzın beş il ərzində sadiqliyini sübut etdiyini deyib.
Müşviq Tofiqoğlu
Globalinfo.az