“Tehran gələcəkdə də Fars körfəzi və Hörmüz boğazı üzərində təsir imkanlarını qorumağı planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ali lideri Müctəba Xameneinin bəyanatında qeyd edilib.
“İran artıq üçüncü ölkələrin körfəzdən öz maraqları üçün istifadə etməsinə imkan verməyəcək. Həmçinin region ABŞ-ın iştirakı olmadan daha sabit və perspektivli inkişaf edə bilər”, – deyə vurğulanıb.
Öz növbəsində İran Prezidenti Məsud Pezeşkian qeyd edib ki, körfəz regionunun təhlükəsizliyi hər hansı bir dövlətin iradəsindən asılı olmamalıdır.
Safura Bənnayeva
Globalinfo.az