mucteba

ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin yaralandığını, lakin sağ olduğunu düşünür.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Foks Nyus”a danışıb.

***11:40

İsraildə İranın yeni təyin olunmuş ali dini lideri Müctəba Xameneinin ölməsi ilə bağlı iddialar çoxalıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb MOSSAD-ın X sosial şəbəkəsindəki Fars bölməsinin Müctəba Xameneinin atası Əli Xameneinin yerinə təyin olunması ilə bağlı yerləşdirdiyi paylaşım olub.

“Onlara rəhbərlik etmək üçün ölünü seçdilər. Başlamadan əvvəl işini bitirən bir ölü…”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Müctəba Xamenei ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində yaralanıb. Onun yaralanması İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib.

Paylaş: