MSK, MEDİA, MŞ və Audiovizual Şura birgə müşavirə keçirdi – FOTOLAR

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar müxtəlif istiqamətli maarifləndirmə layihələri intensiv şəkildə davam etməkdədir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə yanvarın 11-də Bakı şəhərində bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib.

Layihənin gerçəkləşdirilməsində başlıca məqsəd media subyektlərinin Prezident seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov medianın seçki dövründə vəzifələrindən danışıb: “Medianı nə qədər tənqid etsələr də, Mərkəzi Seçki Komissiyası olaraq biz hər zaman deyirik ki, Azərbaycanda media digər ölkələrdən heç də geri qalmır. Azərbaycanda mətbuat mogikanları formalaşıb”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, 2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən beynəlxalq media forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoyduğu mühüm vəzifələr aktuallığını qoruyub saxlamaqdadır: “İnanırıq ki, media seçki prosesini işıqlandırarkən peşəkarlıq nümayiş etdirəcək”.

Audiovizual Şuranın sədri İsmət Səttarov Şura nəzərə çatdırıb ki, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanı olaraq seçkiqabağı təşviqat dövründə də monitorinqlər həyata keçirir: “Televiziya və radio kanallarında seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmasını da Şura daim nəzarətdə saxlayır””.

Mətbuat Şurasının sədri Rəşad Məcid səsvermə günü Mətbuat Şurasında qaynar xətt yaradılacağını, Mətbuat Şurası üzvlərinin müxtəlif məntəqələrdə müşahidələr aparacağını söyləyib.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri” mövzularında çıxış ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov seçkilərdə təşviqatla əlaqədar əsas məhdudiyyətləri açıqlayıb: “Xarici KİV, QHT-lər, kapitalının 30 %-i xarici şirkətə məxsus olan Azərbaycanda olan qurumlar da təşviqatla məşğul ola bilməz. Eyni zamanda təşviqat aparanlar və mətbuat orqanları ilə bağlı da məhdudiyyətlər var”.

Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə də ətraflı məlumat verilib.

Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, aparıcı media subyektlərinin rəhbərləri və nümayəndələrinin də iştirak etdiyi müşavirə mövzular ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsindən sonra öz işini yekunlaşdırıb.

Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO Seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinə dair müşavirə keçirilib - FOTO