Mövsüm Hüseynov dəfn olundu – FOTO

movsum huseynov

Tanınmış teatr və kino aktyoru, Sumqayıt Dövlət Dram Teatrının aparıcı səhnə ustası Əməkdar artist Mövsüm Hüseynov dəfn olunub.

Mərhumla Sumqayıt şəhərindəki evində vida mərasimi keçirilib.

Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edib.

Vida mərasimi bitdikdən sonra aktyorun cənazəsi Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, M.Hüseynov uzun sürən xəstəlikdən sonra yanvarın 20-də vəfat edib.

IMG 4376

***09:41

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

Bildirilib ki, o uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.

Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.