mourinyo 1

İspaniyanın “Real Madrid” futbol klubu portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçi postuna təyinatı üçün “Benfika”ya 15 milyon avro ödəməyə razılaşıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisi “Benfika”nın mətbuat xidməti məlumat yayıb.

Lissabon klubu eyni zamanda yeni baş məşqçisinin də adını açıqlayıb. Komandanı bundan sonra Marku Silva çalışdıracaq.

63 yaşlı Joze Mourinyo 2010-2013-cü illərdə də “Real Madrid”ə rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi bir dəfə İspaniya çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.

Mütəxəssis 2025-ci ilin sentyabrından “Benfika”nın baş məşqçisi idi. O, karyerası ərzində Portuqaliyanın “Leyriya” və “Portu”, İngiltərənin “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”, İtaliyanın “İnter” və “Roma”, eləcə də Türkiyənin Fenerbahçe S.K. klublarında çalışıb.

Paylaş: