Motosikletlə “QAZ-31″lə toqquşdu: ölən var

motosiklet 123

Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZ-3110” və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.