MOSSAD Türkiyə və Rusiyada hərəkətə keçir – Sui-qəsd

İsrailin HƏMAS qruplaşmalarının xarici ölkələrdəki vəzifəli şəxslərini zərərsizləşdirmək üçün başlayacağı əməliyyatla bağlı detallar üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, İsrailin HƏMAS səlahiyyətlilərinə qarşı sui-qəsd planları hazırladıqları, lakin daha sonra gözləməyə qərar verdikləri iddia edilir. Belə ki, HƏMAS və İsrail arasında atəşkəs razılaşması və əsirlərin dəyişdirilməsi prosesinə zərər verməmək üçün əməliyyat vaxtının ertələndiyi deyilir.

MOSSAD agentləri və onlara çalışan şəxslərin Türkiyə, Qətər, Rusiya, İran, o cümlədən Avropanın bir sıra böyük şəhərlərində hərəkətə keçdikləri bildirilir.

Məlumata görə, bu şəxslərin hədəfi həmin ölkələrdə fəaliyyət göstərən HƏMAS rəsmiləridir.

Əliyar Xəlil
Globalinfo.az