QwoueD6uLkhGrlYzITi10l7wdsCOofIhSXjlEEC3

Hazırda Moskva vilayətinə PUA hücumu edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Domodedovo və Jukovski aeroportlarında “Xalça” planı tətbiq olunub.

Moskva meri Sergey Sobyaninin məlumatına görə, hava hücumundan müdafiə sistemləri tərəfindən dörd PUA zərərsizləşdirilib.

“Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya hücum edən pilotsuz uçan aparatları məhv edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyir.

Bir saatdan az müddətdə paytaxta uçan 4 PUA vurulub. Ümumilikdə, günün əvvəlindən 14 pilotsuz təyyarə hücumu dəf edilib”, – mer yazıb.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: