Moskvaya növbəti dəfə dron hücumu oldu – VİDEO

Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.

Globalinfo.az xəbər verir ki, hücumu edən 3 drondan ikisi şəhərin üzərində məhv edilib, biri isə zərəsizləşdirildikdən sonra biznes mərkəzinin qüülələrindən birinin yanına düşüb.

Şəhərin meri Sergey Sobyanin  bildirib ki, iyunun 30-da da bənzər hücuma cəhd edilmişdi:

“Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə yaxınlaşıb.”

İki dəfə hücumun hədəf göstərildiyi qüllədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin ofislərinin yerləşdiyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az