Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskva vilayətinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları “kütləvi terror aktı” adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Zaxarova bildirib ki, hücumlar “Avroviziya” mahnılarının səsləndiyi vaxt Avropa ölkələrinin maliyyə dəstəyi ilə həyata keçirilib:

“Avroviziya”nın sədaları altında Kiyev rejimi Avropa İttifaqı (Aİ) ölkələrinin vəsaiti hesabına növbəti kütləvi terror aktını törətdi. Hədəflər yalnız mülki obyektlər — insanlar, yaşayış binaları və fərdi evlər idi”.

Rusiya XİN nümayəndəsi əlavə edib ki, bu hücumlar Ukrayna hakimiyyətinin və onu dəstəkləyən Qərb ölkələrinin məsuliyyəti kimi qiymətləndirilməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: