Moskvaya hücumların səbəbi bəlli oldu: Üç detal

pua

Moskvaya genişmiqyaslı hücum hazırlamaq üçün Ukraynaya ən azı iki-üç ay vaxt lazım idi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının rəis müavini Konstantin Sivkov deyib.

O qeyd edib ki, Kiyevin son addımı Kursk vilayətindəki ciddi uğursuzluqlarla bağlıdır:

“Ukrayna rəhbərliyi düşünürdü ki, Moskvaya PUA hücumu etməklə ordunun son aylarda ciddi şəkildə sarsılan əhval-ruhiyyəsini yüksəldə biləcək”.

Ekspert hesab edir ki, Ukraynanın digər planı ordusunun hələ də hərbi potensialını itirmədiyini və döyüşə davam edə biləcəyini Qərbə göstərmək idi:

“Kiyev rejimi münaqişənin həlli üzrə danışıqlardan əvvəl öz mövqeyini gücləndirməyə ümid edir”.

Qeyd edək ki, sonuncu dəfə Moskvaya PUA hücumları 2023-cü ilin may və yayın aylarında olub.

Günay Rəsulqızı
Globalinfo.az