“Vətən müharibəsi” planı yenidən masada – Kremlin hədəfi

“Kreml ikinci dəfə səfərbərlik elan etmək istəyir. Hədəf isə 1 milyona yaxın əsgəri müharibəyə cəlb etməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin GZT Yutub kanalının jurnalisti, Qazaxıstanın ilk hərbi müxbiri Nazgül Kenzhetay deyib.

O, Moskvaya dron hücumunu Rusiyanın təşkil etdiyini bildirib:

“Kreml xalqı “vətən müharibəsi” fikri ətrafında birləşdirməyə, “NATO, Ukrayna bizə hücum edir” mesajını verməyə çalışır.

Həmçinin bəzi iddialara görə, Rusiya Ukraynaya ballistik raket hücumuna hazırlaşdığı üçün buna əsas yaratmaq istəyir”.

Qeyd edək ki, ötən gün Moskva dron hücumuna məruz qalıb.

Ayşən Mustafa
Globalinfo.az