Rusiya hava hücumundan müdafiə sistemləri Moskvaya edilən kütləvi PUA hücumunun qarşısını alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Ramenski, Domodedovo və Kolomna şəhər dairələrində 32 PUA zərərsizləşdirilib.
Mer Domodedovo və Jukovski aeroportlarında “Xalça” planı tətbiq edildiyini bildirib.