Rusiyadan qəzəbli açıqlama: Ermənistan üçüncü Ukrayna olacaq

Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı, xüsusilə Rusiya-Ermənistan münasibətləri ilə bağlı sözlərini məsuliyyətsizlik və təxribat xarakterli olaraq qiymətləndirir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə adı açıqlanmayan yüksək rütbəli Rusiya dövlət rəsmisi bildirib.

O deyib ki, Ermənistanı növbəti Ukraynaya çevirməyə çalışırlar:

“Bu, təxribat xarakterli çıxış idi. Biz gördük ki, onlar Ermənistanı 3 nömrəli Ukrayna etməyə çalışırlar. İkincisi Moldovadır. Paşinyan isə Volodimir Zelenskinin yolundan gedir”.

Əliyar Xəlil
Globalinfo.az