AA 20230522 31209494 31209474 US STATE DEPARTMENT PRESS BRIEFING WITH NEW SPOKESPERSON MATT MILLER

“ABŞ Gürcüstanda rəngli inqilab hazırlamır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Ağ Ev rəsmisi Vaşinqtonun Tbilisini dəstəklədiyini bildirib:

“Bu ittihamlar yalandır. Bizim gürcü xalqı ilə sülh, çiçəklənmə və demokratiyanın qurulmasına kömək edən, uzun illərə dayanan tariximiz var. 2008-ci ildə Rusiya Gürcüstanın 20% ərazisini işğal edib. Biz Tbilisini Moskvanın aqressiyasına qarşı dəstəkləyirik”, – Miller deyib.

Qeyd edək ki, bu həftənin əvvəlində Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Gürcüstanda oktyabr ayında rəngli inqilab planlaşdırdığına dair məlumat yayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: