Rusiyanın Silahlı Qüvvələri Ukraynadakı hərbi aerodromlara zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr həmçinin Ukraynanın yanacaq-enerji və nəqliyyat infrastrukturuna, logistika mərkəzlərinə, uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsalı və saxlanma məntəqələrinə, eləcə də onların ehtiyat hissələrinin toplandığı obyektlərə endirilib:
“Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və xarici muzdluların müvəqqəti dislokasiya məntəqələri də vurulub.
Hücumlar operativ-taktiki aviasiya, zərbə PUA-ları, raketlər və artilleriyanın tətbiqi ilə həyata keçirilib”.
Nazirlik daha əvvəl yaydığı məlumatda isə son sutka ərzində Ukrayna ordusuna məxsus 282 pilotsuz uçuş aparatının, doqquz idarəolunan aviasiya bombasının və bir ədəd “Neptun MD” uzaqmənzilli raketinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az