“NATO-nun Baş katibi Mark Ruttenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı sözləri onun ciddiyyətsizliyindən xəbər verir”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa deyib.
“Onun hərəkətləri və sözləri artıq heç bir təsir göstərmir. Bu fikirləri ciddi qəbul etmək lazım deyil. Rutte indiki vəziyyətin nə qədər çətin olduğunu belə başa düşmür. Bu, xalis populizmdir”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Rusiyanın nüvə sınaqları keçirməsi perspektivi ilə bağlı suala ironik cavab verib.
“Putin Rusiya prezidenti kimi maaş alır, ona görə də görüşlər təşkil edir. Bu barədə danışmağı dayandırmışam”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az