Bu hadisə sülhməramlıların gözü qarşısında baş verib

“Moskva görüşündə Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını da müzakirə etdik, amma nəticə bizim xeyrimizə olmadı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Bu, bizim üçün çox çətin vəziyyətdir. Sərhəd-buraxılış məntəqəsi rus sülhməramlılarının gözü qarşısında və onların iştirakı ilə qurulub. Ona görə də narahatıq. Amma danışıqları davam etdirəcəyik”, – Paşinyan bildirib.

Baş nazir regional kommunikasiyaların açılmasına hazır olduqlarını söyləyib.

Ayşən Mustafa
Globalinfo.az