Moskvadan kritik həmlə: erməni spikerlə gizli görüşdə nə danışılıb?

Ermənistan parlamentinin spikeri Alen Simonyanla Rusiya Dumasının spikeri Vyaçeslav Volodin arasında qeyri-rəsmi görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Minskə KTMT-nin Parlament Assambleyasında iştirak üçün getməli olan Simonyan tədbirə İrəvandan yollanmayıb. Simonyan Volodinin dəvəti əsasında əvvəlcə Moskvaya uçub. Onlar buradan Minskə yollanıblar, daha sonra Simonyan eyni marşrutla İrəvana geri dönüb. Erməni nümayəndə heyəti isə ondan bir gün sonra qayıdıb:

“Məlumata görə, təyyarədə spikerlər arasında Ermənistan-Rusiya münasibətləri ilə bağlı qeyri-rəsmi söhbət olub. Volodin Simonyana Moskvanın Cənubi Qafqazda apardığı siyasətin bəzi detallarını izah etməyə cəhd edib”.

Qeyd edək ki, Simonyan Rusiyanın Ermənistandakı əsas tənqidçilərindəndir.

İlkin Həsənov
Globalinfo.az