“Ukrayna 9 May atəşkəsini qəbul etməzsə, ciddi problemlərlə üzləşəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.
Onun sözlərinə görə, Kiyevin atəşkəsdən imtina etməsi tam cavab tədbirləri ilə nəticələnə bilər.
“Ukraynanın 9 Mayla bağlı elan edilən atəşkəsə əməl etməyəcəyini bəyan etməsini provokasiyadır”.
Qeyd edək ki, Cabarov daha əvvəl Jankoy istiqamətində atəşkəs başlamazdan əvvəl zərbələr endirildiyini iddia edib. O, bunu razılaşdırılmış “sükut rejimi”nin pozulması kimi qiymətləndirib.
Safura Bənnayeva
Globalinfo.az