Moskvadan İstanbula uçan təyyarədə yanğın: geri qayıtdı

Moskvanın Şeremetyevo hava limanından İstanbula uçan təyyarənin göyərtəsində yanğın baş verib.

geri qayıtmağa məcbur olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Aviatorschina” Teleqram kanalı məlumat paylaşıb.

Bildirilib ki, “Aeroflot” şirkətinə məxsus sərnişin təyyarəsi yanğın səbəbindən Şeremetyevoya qayıdıb.

Havaya qalxdıqdan 15 dəqiqə sonra təyyarə yerə eniş edib. Üç saatdan artıq müddətdən sonra sərnişinlər ehtiyat təyyarə ilə İstanbula yola salınıb.