
“Avropa İttifaqı (Aİ) Ermənistanda keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu proses Moldova seçkilərində tətbiq olunan modelə bənzər yanaşma ilə həyata keçirilə bilər.
Nazirliyin açıqlamasına görə, Aİ “hibrid təhdidlərə qarşı mübarizə” adı altında Ermənistanla əməkdaşlıq proqramlarını genişləndirir və bu mexanizmlərin seçki prosesinə təsir vasitəsi kimi istifadə olunması mümkündür:
“Qərblə yaxınlaşma İrəvan üçün mənfi nəticələr doğura bilər. Moskva Ermənistanın güclü və müstəqil dövlət kimi qalmasını istəyir”.
Safura Bənnayeva
Globalinfo.az