Moskvadan göndərilən məxfi siyahı: Türkiyə qanuni oğruları niyə deportasiya etdi?

Türkiyədə həbsdə saxlanılan bir qrup qanuni oğru ölkədən deportasiya edilib.

Globalinfo.az xəbər verir ki, kriminal aləmin üzvləri Afrika və Şimali Kiprə gediblər.

Belə ki, deportasiya edilən Georgi Manukyan və Temuri Nemitsveridze Monteneqroya, Vladimir Jurakovski Afrikaya, Hüseyn Əhmədov, Otari Totoçiya Şimali Kiprə yollanıblar.

Roin Uqlava və Elquca Turkadze isə həbsdə saxlanılıblar.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə bir qrup qanuni oğrunun saxlanılması barədə məlumat yayılmışdı.

Digər məlumata görə isə Türkiyə hüquq-mühafizə orqanları Rusiyadan daxil olan sənəd əsasında hərəkət ediblər.

Sənəd Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən yaradılıb və burada Moskvanın fikrincə, siyahıda Türkiyənin təhlükəsizliyinə təhdid yaradan şəxslərin adları yer alıb.

Tahir Turan
Globalinfo.az