AZAL-ın Moskva-Gəncə təyyarəsi təyinat nöqtəsinə yola düşdü – FOTO

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı) – Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

Globalinfo.az bildirir ki, bu barədə “Azərbaycan Hava Yolları”ndan məlumat verilib.

***16:04

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Globalinfo.az AZAL-a istinadən xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

moskvadan-genceye-ucan-teyyare-bakida-enis-etmeli-oldu