WhatsApp Image 2026 08 24 at 22.11.43

 

Bu dəqiqələrdə Moskvadan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçan “Emirates” şirkətinə məxsus “Boeing-777” sərnişin təyyarəsinin havada qəribə manevrləri diqqət çəkir.

Globalinfo.az xəbər verir ki, “Flightradar” proramında hava gəmisinin uçuş əsnasında qeyri-adi trayektoriya cızaraq sabit olmayan uçuş xətti seçdiyi aydın görünür. Qazaxıstan hava məkanından Özbəkistan hava məkanına keçdikdən az sonra dəfələrlə kəskin manevrlər edən təyyarə Tütkmənistan hava məkanında da nisbətən oxşar manevrləri davam etdirir.

Təyyarə hazırda Əfqanıstan hava məkanında uçuşu davam etdirir. “Boeing-777” təxminən 2 saat sonra Dubay beynəlxalq hava limanına eniş edəcək.

Xatırladaq ki, “Boeing-777” ən yaxşı və güvənli təyyarə modellərindən biri kimi tanınır. Onu da bildirək ki, Moskva-Dubay marşrutu üzrə uçuşlar əsasən Azərbaycanİran üzərindən reallaşdırılır. Bu, xeyli qısa məsafədir. Bu təyyarə isə daha uzaq marşrut seçərək Orta Asiya istiqamətindən Dubaya uçur. İrana ABŞ və İsrailin hücumları zamanı İran hava məkanı bağlı olduğundan uçuşlar fərqli marşrutlarda olurdu. Hazırda bölgədə müharibə olmasa da “Emirates” İran hava məkanını seçməyib.

fed1a22d dd25 4236 b04e 1cc257251400 3c5b8ea1 051c 43ce bc8d ad9a3b29adf4

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: