Moskvadakı üçtərəfli görüşlə bağlı müəmma: Kremlin İran planı

Kremlin Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşünü keçirmək niyyətinin arxasında gizli bir səbəb dayana bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqi İnstitutu (ISW) analitikləri bildiriblər.

Qeyd olunub ki, Rusiyanın bu addımına səbəb İranın rəsmi İrəvana “Shahed” PUA-ları verməklə bu ölkədə Rusiya təsirini sıxışdırmaq cəhdlərinin qarşısını almaq olub.

“İsrailin “i24News” nəşri iyulun 16-da bildirib ki, Ermənistan Azərbaycanla bu yaxınlarda baş vermiş bir neçə toqquşmada İran dronlarından istifadə edib. İran Rusiyanın Cənubi Qafqazdakı “səhlənkarlığı”na cavab olaraq Ermənistana hərbi dəstəyini artıra bilər.

Üçtərəfli görüş Rusiyanın 2023-cü ilin martında Qarabağdan sülhməramlı qüvvələrinin bir hissəsinin Ukraynaya köçürülməsindən sonra xüsusilə kövrəkləşən İrana qarşı Ermənistan üzərində təsirini bərpa etmək cəhdi ola bilərdi”, – analitiklər qeyd ediblər.

Əliyar Xəlil
Globalinfo.az