Moskvadakı teraktın bütün DETALLARI: Əmr oradan verildi, radikal islamçılar isə…

“Ukrayna xüsusi xidmət orqanları “Krokus Siti Holl”da terror aktının törədilməsinə şərait yaradıblar, lakin hücumu radikal islamçılar hazırlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

O bildirib ki, hücumu törədən şəxslərə xüsusi təlim keçirilib:

“Ukraynanın onlara  Yaxın Şərq ərazisində təlim keçdiyi məlumdur. Terrorçular Ukraynaya qaçmağa çalışırdılar, lakin Rusiya Federasiyasının xüsusi xidmət orqanları bunun qarşısını almaq üçün hər şeyi etdilər. Ümumiyyətlə Ukrayna Sİlahlı Qüvvələri terror təşkilatı kimi tanınmalıdır. Moskvada terror hücumunun hazırlandığına dair ABŞ-a məlumat ötürülməsi ümumi xarakter daşıyır. Xüsusi xidmət orqanlarımız buna reaksiya verib. Hücumun sifarişçisi hələ tam müəyyələşməyib. Lakin Rusiya Federasiyası onun tapılması, terrorçuları plana kimin cəlb etdiyini ortaya çıxarmaq üçün hər şeyi edəcək. Sifarişçi “Krokus”da törədilən terror aktına görə saxlanılan 11 nəfərin hamısı ilə aktiv işləyib, daimi əlaqədə olub”.

A.Bortnikov teraktın hazırkı vəziyyəti gərginləşdirmək, Rusiya cəmiyyətində çaxnaşma yaratmaq üçün Qərb xüsusi xidmət orqanlarına və Ukraynaya lazım olduğunu deyib.

Xatırladaq ki, martın 22-də “Korkus Siti Holl”da törədilən terro aktı nəticəsində 139 nəfər ölüb, 182 nəfər isə yaralanıb.

Ayşən Mustafa
Globalinfo.az