“Krokus”dakı terror aktını İŞİD törədib?

isid
İŞİD-in Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürməsi xəbəri təsdiqlənməyib.

Globalinfo.az xəbər verir ki, Ümum-Rusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin jurnalisti Andrey Medvedev bunun feyk olduğunu iddia edib.

“İslam Dövlətinin rəsmi teleqram kanallarında heç bir məlumatın olmaması ilə yanaşı, Əfqanıstan resurslarında da heç bir açıqlama yoxdur. Üstəlik, hazırda İŞİD hətta Yaxın Şərqdə belə təsirsiz, nüfuzsuz bir strukturdur ki, rəsmi bəyanatları olsa da, ciddiyə alınmamalıdır”, – o bildirib.