Moskvadakı güclü yanğın tam söndürüldü

Yanğınsöndürənlər Moskva şəhərinin şimalında yaşayış binasının damında baş verən yanğını tamamilə söndürüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Paytaxtın şimalında baş verən yanğın tamamilə söndürülüb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Çernyaxovski küçəsində altı mərtəbəli yaşayış binasının dam örtüyü yanıb, yanğın 4 min kv.m. ərazini əhatə edib, 400 nəfər təxliyə edilib, hələ ki, ölüm barədə məlumat yoxdur.

Yanğın təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.