
Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Vaqif Süleymanov Azərbaycana deportasiya olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” məlumat əldə edib.
59 yaşlı Süleymanov hazırda Saxarovo xüsusi təcridxanasında saxlanılır və burada 3 ay qalacaq. Onun qeyd olunan müddət başa çatdıqdan sonra Azərbaycana deportasiyası nəzərdə tutulub.
Vaqif Süleymanovun saxlanılması Rusiya hüquq-mühafizə strukturlarının kriminal dairələrə qarşı apardığı tədbirlər çərçivəsində həyata keçirilib.
Bildirilib ki, Vaqifdən başqa, Azərbaycandan olan digər kriminal avtoritet – Zaur da saxlanılıb. O, Orenburqda tutulub. Zaur cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur.
***
21:06
Kriminal aləmdə “qanuni oğru” kimi tanınan Vaqif Süleymanov Rusiyada saxlanılıb.
Globalinfo.az xəbər verir ki,bu barədə məlumatı Rusiya mənbələri yayıb.
Bildirilib ki, o, paytaxtın mərkəzi hissəsində keçirilən xüsusi əməliyyat zamanı ələ keçirilib.
İlkin məlumatlara görə, Süleymanov uzun müddətdir hüquq-mühafizə orqanlarının nəzarətində olub və adı müxtəlif cinayət qruplaşmalarının fəaliyyətində hallanıb.
Həbsin konkret hansı cinayət işi üzrə aparıldığı hələlik açıqlanmayıb, lakin araşdırmalar davam edir.
Rusiya KİV-ləri bildirir ki, Vaqif Süleymanov kriminal aləmdə nüfuzlu fiqur hesab olunur və postsovet məkanında “qanuni oğru” statusuna malik azsaylı şəxslərdən biri kimi tanınır.
Tahir Turan
Globalinfo.az