Moskvada üçtərəfli görüş keçirilə bilər

“Yaxın zamanda Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında görüşün keçirilməsi ehtimalı çox yüksəkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bunun üçün yaxşı imkan var. Hazırda həmin görüşün təşkili ilə məşğul olan ekspertlər dəqiq tarix açıqlayan kimi bu barədə məlumat veriləcək”, – o bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Xarici İşlər Nazirliyi belə bir görüşün nəzərdə tutulduğunu və Kremldən təklif gəldiyini açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az