Moskvada ticarət mərkəzində bomba xəbərdarlığı

Rusiyanın paytaxtı Moskvada yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat verib.

Ticarət mərkəzində bomba təhlükəsi ilə əlaqədar insanlar təxliyə edilib.

Bomba xəbərdarlığı barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.