Rusiyada Serpuxov şəhəri yaxınlığındakı Novinki aerodromundan 3 kilometr aralıda qəzaya uğrayan təyyarənin göyərtəsində iki nəfər olub.
Globalinfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təyyarə hündürlük əldə edən zaman qəzaya uğrayıb.
Hadisə nəticəsində bir nəfərin yaralandığı, göyərtədəki ikinci şəxsin isə xəsarət almadığı qeyd edilib.
***18:17
Rusiyanın Moskva vilayəti ətrafında Novinki aerodromunda kiçik motorlu təyyarə qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.
Qəzanın təfərrüatı barədə məlumat verilməyib.