Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada “Slava” texnoparkının ərazisində yanğınla bağlı məlumatı təsdiqləyib.
Globalinfo.az bildirir ki, hadisə yerində fövqəladə hallar xidmətinin 45 əməkdaşı və 13 texnikası işləyir.
FHN-in məlumatına görə, ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.