Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) vətəndaşların kütləvi toplaşdığı bir vaxtda Moskvada sinaqoqda planlaşdırılan terror aktının qarşısını alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olan 2002-ci il təvəllüdlü silahlı şəxs müqavimət göstərərkən öldürülüb.