Moskvada terrorun baş verdiyi zal bərpa ediləcək

“Krokus Siti Holl”ın sahibi olan “Krokus İnternəşnl” şirkəti terror aktı ilə əlaqədar dərin hüznlə başsağlığı verib və konsert zalının bərpa olunacağını bəyan edib.

Globalinfo.az xəbər verir ki, şirkətin saytında yerləşdirilən mesajda deyilir: “Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”.

Qeyd edək ki, martın 22-də Moskvadakı “Krokus Siti Holl”da terror aktı törədilib. İndiyədək olan məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, yüzdən çox yaralı var.