Moskvada qar örtüyünün hündürlüyü rekord qırdı

Rusiya paytaxtı Mosvkada qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb. Bu, isə rekord göstəricidir.

Globalinfo.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” nəşri məlumat yayıb.

Bu barədə danışan “Phobos” hava mərkəzinin mütəxəssisi Mixail Leus bildirib ki, əvvəlki rekord 1919-cu ildə qeydə alınıb. Həmin vaxt qar örtüyünün hündürlüyü 33 sm olub.