Moskvada vağzallardan birinin yaxınlığında dayanan Yol Polisinə məxsus avtomobil partladılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İlkin məlumata görə, avtomobilə bir nəfər yaxınlaşıb və bu zaman naməlum partlayıcı qurğu işə düşüb. İki nəfər polis əməkdaşı yaralanıb, biri həlak olub.
Partlayışı törətməkdə şübhəli bilinən şəxsin də hadisə yerində həlak olduğu deyilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Aysel Əliyeva
Globalinfo.az