Ötən gün İsrailin Livanda həyata keçirdiyi kiberhücum zamanı Rusiyada “Arbat” qruplaşmasının üzvü yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Qruplaşma üzvlərindən birinin “Honor 70” markalı smartfonunun partladığı bildirilir. Nəticədə kişi əlindən xəsarət alıb, təcili yardımı gözləmədən hadisə yerindən qaçıb. Həmin şəxs tapılmasa da, telefon ekspertiza üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
İddialara görə, HƏMAS qruplaşmasının əksər üzvləri 2023-cü il 7 oktyabrda İsrailə hücum zamanı “Huawei” və “Honor” telefonlarından istifadə ediblər. Sözügedən smartfonların Çin istehsalı olduğu üçün şifrələrini sındırmağın çətin olduğunu açıqlanıb. Daha sonra həmin telefonların xüsusiyyətləri öyrənilib və bazarda satışa çıxarılmadan öncə Mossad tərəfindən dəyişdirilib.
Moskvada yaralanan şəxsin həmin telefonlarda birini aldığı güman edilir.
Ayşən Mustafa
Globalinfo.az