Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Müdafiə nazirliyinin general-leytenantı Yaroslav Moskalikin ölümü ilə bağlı cinayət işi açıb.
Globalinfo.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi generalın ölümü ilə nəticələnən baş vermiş hadisəni qətl kimi tövsif edib.
Həmçinin, komitədən bildirilib ki, avtomobildə partlayıcı qurğu işə düşüb.
***13:35
Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobili partlayıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-mayor Yaroslav Moskalik ölüb.
“Baza” Teleqram kanalı yazıb ki, avtomobil partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb.