Moskvada ölənlər arasında azərbaycanlılar var? – YENİLƏNİB

“Azərbaycanın Moskvadakı səfirliyinə “Krokus”da baş vermiş terror aktı ilə bağlı heç bir müraciət daxil olmayıb”.

Səfirlikdən bildirilib ki, ilkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adına sonradan yenilənmiş siyahılarda rast gəlinməyib.

Lakin siyahılarda böyük ehtimalla Rusiya vətəndaşı olan Vüqar Hüseynovun adı var.

Hazırda məlumatın dəqiqləşdirilməsi üçün bütün lazımi tədbirləri görür.

***

Həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə APA-ya deyib.

***

“Krokus Siti Holl”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olması barədə məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, Moskvanın Səhiyyə Nazirliyi terror aktında həlak olanların ilkin siyahısını açıqlayıb.

37 nəfərin olduğu siyahıda 20.07.1983 təvəllüdlü Vüqar Hüseynov adlı bir azərbaycanlı da yer alıb.

**00:52

Moskvada “Krokus Siti Holl”da baş verən atışmada zərərçəkənlər arasında azərbaycanlıların olub-olmaması müəyyənləşdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən açıqlamada bildirilib.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Teraktın ardınca binada partlayış baş verib. “Krokus”da böyük yanğın hələ də davam edir.