Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan erməni Areq Samveloviç Şepixinə qarşı ekstremist fəaliyyətə çağırışlara görə cinayət işi açılıb.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.
“Onun barəsində yaxın vaxtlarda həbs qətimkan tədbiri seçiləcək. Həmçinin cinayət işi çərçivəsində 6 nəfərə qarşı ittiham irəli sürülüb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, iyunun 3-də Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında erməni Areq Samveloviç Şepixin çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. O
O, islam dininə və çeçenlərə qarşı təhqir və söyüş videoları ilə tanınır.