Moskvada hoteldə güclü yanğın: ölənlər və xəsarət alanlar var – VİDEO

Moskvanın mərkəzində yerləşən 16 mərtəbəli “Moskabelmet” hotelində yanğın baş verib.

Globalinfo.az “Life.ru”ya istinadən xəbər verir ki, yanğın nəticəsində altı nəfər – dörd böyük və iki uşaq ölüb, 9 nəfər xəsarət alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, yaralananların xəstəxanaya yerləşdirildiyi bildirilib:

“Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 7-si uşaq olmaqla 50 nəfəri xilas ediblər. Zərərçəkənlərin sayının arta bilər. İlkin yanğın sahəsi 100 kvadratmetrdir. Hazırda yanğın lokallaşdırılıb”, – deyə  nazirlikdən bildirilib.

İnsident polis tərəfindən araşdırılır.

Xatırladaq ki, oteldə yanğın fevralın 21-də axşam saatlarında başlayıb. Hadisəyə sakinlərdən birinin 5-ci mərtəbədəki dəhlizdə öz əşyalarına od vurması səbəb olub.